13/03/2026
“Elsevier” şirkətinə məxsus “Scopus” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən dərc olunmuş nəşrlərin sayı 2025-ci ildə əhəmiyyətli artım göstərib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, sözügedən bazada 2023-cü ildə 2 924, 2024-cü ildə 4 684 olan nəşrlərin sayı 2025-ci il üzrə cari dövrdə 6 113-ə çatıb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 30 faiz, 2023-cü illə müqayisədə isə təxminən 2,1 dəfə (109 faiz) artım deməkdir.
Eyni zamanda, “Clarivate” şirkətinə məxsus “Web of Science” elmmetrik bazasında indekslənmiş jurnallarda da Azərbaycan alimləri tərəfindən dərc olunmuş nəşrlərin sayında 2025-ci ildə artım müşahidə olunub.
Belə ki, bu bazada 2023-cü ildə 1 668, 2024-cü ildə 3 476 olan nəşrlərin sayı 2025-ci il üzrə cari dövrdə 4 259-a çatıb. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 22–23 faiz, 2023-cü illə müqayisədə isə təxminən 2,6 dəfə (155 faiz) artım deməkdir.