Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayında


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin mart ayında sonuncu nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında işə başlayan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu haqqında geniş icmal yer alır.

Qəzetin ilk səhifələrində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında millət vəkili Musa Urudun (Quliyev) “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” kitabının təqdimat mərasimi və Milli Məclis yanında Toponimiya Komissiyasının Quba rayonundakı bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə bağlı keçirilən iclası haqqında informasiyalar dərc edilib.

“Elm” qəzetinin bu nömrəsində AMEA-nın təşkilatçılığı ilə Bakı şəhəri 132-134 nömrəli təhsil kompleksində keçirilən Azərbaycan dili üzrə olimpiadanın qalibləri ilə görüş, həmçinin görkəmli alim Yaşar Qarayevin xatirəsinə həsr olunmuş “Azərbaycan humanitariyasında Yaşar Qarayev fenomeni” mövzusunda elmi sessiya haqqında xəbərlər yer alır.

Bu sayda oxucular “AMEA: milli zəka mərkəzi” sərlövhəli analitik yazı, “Dövlətin dil siyasətində yeni mərhələ”, “Bəzi ad və soyadlarımızın yazılışında yanlışlıqlar” və “Bakı Türkologiya Konqresində bir alman: Teodor Menzel” başlıqlı məqalələrlə tanış ola bilərlər.

Bundan əlavə, qəzetdə “Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” mövzusunda respublika konfransına dair informasiya, “Böyük Qayıdış prosesi AMEA-da faktlar və sənədlər əsasında araşdırılır” mövzulu yazı, arxeoloji tədqiqatların aparılmasına dair əməkdaşlıq görüşü, yeni elmi nəşrlər və digər yeniliklər işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində “Ядерные объекты в зоне войны” (Müharibə zonasında nüvə obyektləri) başlıqlı müsahibə, eləcə də Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən xəbərlər dərc edilib.

science.gov.az

Faydalı linklər