Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Avropa Azərbaycan Məktəbində Riyaziyyat Olimpiadası keçirildi


12 mart 2026-cı il tarixində Avropa Azərbaycan Məktəbində riyaziyyat mövzusunda olimpiada uğurla təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun əməkdaşları – elmi işçi Sayalı Məmmədli və kiçik elmi işçi Vəfa Məmmədova ekspert qismində iştirak ediblər.

Ekspertlərin peşəkar və obyektiv qiymətləndirməsi iştirakçıların bilik və bacarıqlarının düzgün dəyərləndirilməsində mühüm rol oynayıb. Eyni zamanda, iştirakçıların müsabiqəyə cəlb olunmasında göstərdiyi dəstəyə görə İnstitutun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadəyə təşəkkür edilib.

Tədbirin yüksək səviyyədə təşkilinə verilən dəstəyə görə institut rəhbərliyinə minnətdarlıq ifadə olunub və gələcək əməkdaşlıq üçün uğurlar arzulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər