08/04/2026
08.04.2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda Optimal idarəetmə nəzəriyyəsi laboratoriyasının aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyev “Birinci tərtib xətti stoxastik hiperbolik tənliklər sisteminin həllinin göstərilişi və həmin tip qeyri xətti tənliklərlə təsvir olunan bir optimal idarəetmə məsələsində məxsusi idarələrin optimallığı haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə birinci tərtib xətti stoxastik hiperbolik tənliklər sisteminin həllinin göstərilişi inteqral formada tapılır. Təsadüfi küyün təsiri altında bir sıra kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi zamanı yaranan birinci tərtib stoxastik hiperbolik tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələsinə baxılır. Pontryagin maksimum prinsipi mənasında məxsusi idarələrin optimal olması araşdırılır və məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər alınır.
Sonda mövzu ətrafında müzakirələr aparılmış və suallar cavablandırılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.