27/01/2017
Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Thomson Reuters” Agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə ilə görüş keçirilib. Görüşdə “Web of Science” proqramının təlim üzrə mütəxəssisi Aygün Babazadə proqram, bu bazaya daxil olan jurnallarda məqalələrin dərci qaydaları haqqında məlumat verilib. Həmçinin axtarış vasitələrindən istifadənin daha səmərəli yollarından danışılıb, saytdan istifadə əyani olaraq nümayiş etdirilib.
Bildiyimiz kimi, AMEA ilə dünyada ən nüfuzlu elmi-analitik informasiya təminatçısı və mənbəyi kimi tanınan “Thomson Reuters” Agentliyi ilə müqavilə imzalanıb. Müqavilədə AMEA-nın elmi-tədqiqat müəssisəsi və orada çalışan alim və mütəxəssislərin “Thomson Reuters” platformasının bibliometrik şəbəkəsindən – “Web of Science”-dan istifadə imkanı əks olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.