Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanlı alim Oksford Universitetinə dəvət alıb


Vugar_Ismailov

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri r.e.d. Vüqar İsmayılov Oksford Universitetinə dəvət alıb. Vüqar İsmayılov Oksford Universitetinə Funksional analiz seminarında çıxış etmək və elmi müzakirələrin aparılması üçün dəvət olunub. ətraflı>>

Onuda qeyd edək ki, r.e.d. Vüqar İsmayılov 2007 və 2008-ci illərdə Texnion – İsrail Texnologiya İnstitutunun riyaziyyat bölməsində “dəvətli alim” vəzifəsində çalışmışdır. 2013-cü ildən AMEA RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiridir. AMEA Riyaziyyat və Mexanika İnstitutunun elmi şurasının üzvü, institutun nəzdindəki doktorluq dissertasiya şurasının üzvüdür.

2014-cü ildən “Proceedings of the Institute of Mathematics and Mechanics, NAS of Azerbaijan” jurnalının məsul redaktorudur. Bundan əlavə “Azerbaijan Journal of Mathematics”, “Transactions of the Institute of Mathematics and Mechanics, NAS of Azerbaijan” jurnallarının redaksiya heyətinin üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər