08/02/2017
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Sabir oğlu Quliyev Thomson Reuters bazasına daxil olan, impakt faktoru 1,014 olan “Journal Of Mathematical Analysis And Applications” jurnalının rəyçisidir.
Bu səbəbdən “Journal Of Mathematical Analysis And Applications” jurnalının redaksiya heyəti tərəfindən prof. V.S. Quliyev yazdığı elmi rəylərinə görə sertifikatla təltif olunmuşdur.
Jurnal 1960-cı ildən (Amerika Birləşmiş Ştatları) çap olunur. 1999-cu ildən SJR bazasına daxil edilmişdir. Əsas elm sahəsi və kateqoriyası riyazi analiz və tətbiqi analizdir. Jurnalda fizika, kimya, biologiya, mühəndislik və xüsusilə bu sahələrin analitik aspektləri və orijinal problemlərinə, onların həllərinə həsr edilmiş məqalələrə, klassik analizin analitik ədələr nəzəriyyəsi, funksional analiz, operatorlar nəzəriyyəsi, həqiqi və harmonik analiz, kompleks analiz, numerik analiz, tətbiqi riyaziyyat, xüsusi törəməli diferensial tənliklər, dinamik sistemlər kimi sahələrinə aid tədqiqat işləri çap olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.