09/02/2017
Bu gün «Optimal İdarəetmə» şöbəsinin növbəti seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun dissertantı Vüqar Adəm oğlu Həşimov “QIZDIRILMA PROSESİNİN SƏRHƏD İDARƏETMƏSİNİN SİNTEZİ MƏSƏLƏSİNİN TƏDQİQİ” mövzusunda məruzə edib.
Məruzədə eynitipli çubuqların qızdırılması prosesinin sərhəd idarəetməsinin sintezi tədqiq olunub. Fərz olunur ki, idarəetmə çubuqların aralıq nöqtələrində ölçülən temperaturların qiymətlərindən xətti asılıdır. Məsələdə həm ölçmə nöqtələrinin yerləşdirilmə yerləri, həm də bu nöqtələrdə idarəetmənin xətti əks əlaqə parametrləri optimallaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.