Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

UNESCO-nun Mühəndislik Üzrə Təlim Proqramı haqqındaMƏLUMAT


UNESCO Üzrə Polşa Milli Komissiyası və Krakov şəhərində yerləşən AGH Elmi-Texniki Universitetinin nəzdində Elm, Texnologiya və Mühəndislik Təhsili üzrə UNESCO kafedrasının birgə təşkilatçılığı ilə 2017-ci il üçün Mühəndislik Üzrə Təlim Proqramı elan olunur. Təlim Proqramı 2 oktyabr 2017-ci il tarixindən etibarən 6 ay müddətinə Polşada keçiriləcəkdir.
Uyğun elm sahəsi üzrə tələblərə cavab verən namizədlərin doldurulmuş ərizə formasının və tələb edilən bütün sənədlərinin 16 mart 2017-ci il tarixinə qədər müvafiq bölməyə təqdim edilməsini xahiş edirik.
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr İdarəsinə müraciət edilə bilər.
Ətraflı məlumatı və müraciət formalarını AGH Elmi-Texniki Universitetinin rəsmi internet səhifəsindən əldə etmək olar.
Ərizə formaları almaq üçün RMİ-nun Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər