AMEA-nın müxbir üzvü Mais Həbib oğlu Cavadovun anadan olmasından 88 il ötür

AMEA-nın müxbir üzvü Mais Həbib oğlu Cavadov 22 mart 1929-cu ildə Azərbaycan Respublikası İsmayıllı rayonunun Baskal kəndində anadan olmuşdur.
1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. Moskva Dövlət Universitetində aspirantı olmuşdur.
1958-ci ildə akademik Z.I. Xəlilovun rəhbərliyi ilə “Ümumiləşmiş funksiyalar sinfində qarışıq məsələlərin tədqiqi” mövzusunda namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir.
O, əmək fəaliyyətinə 1952-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda başlamış, aspiranturanı bitirdikdən sonra Riyaziyyat və Mexanika İnstitutuna qayıdaraq 1969-cu ilə qədər baş elmi işçi, sonra isə şöbə müdiri vəzifələrində çalışmışdır. 1969-cu ildən pedaqoji fəaliyyətə başlamışdır. Mais Cavadov bir sıra Beynəlxalq Elmi Konqreslərdə iştirak etmişdir. Onun rəhhbərliyi ilə 9 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Mais Həbib oğlu Cavadov 28 sentyabr 1992-ci ildə vəfat etmişdir.
AMEA Riyaziyyat və Mexanika İnstitutu Mais müəllimi dərin ehtiramla yad edir. Allah rəhmət eləsin!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.