Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Beynəlxalq aləmdə tanınmış, əslən azərbaycanlı alim, f.-r.e.d, professor Məsud Əfəndiyevə Azərbaycan Mühəndislik Akademiyasının diplomu, vəsiqəsi və döş nişanları təqdim edilib


Mesud Efendiyev 2Azərbaycan Mühəndislik Akademiyasının Rəyasət Heyətinin iclasında Akademiyanın prezidenti akademik Arif Paşayev beynəlxalq aləmdə tanınmış alimlər, professor Məsud Əfəndiyevə və professor İldar Qabitova – Azərbaycan Mühəndislik Akademiyasına əcnəbi üzv (akademik) seçilmiş alimlərə ölkəmizlə elmi-texniki sahədə faydalı əməkdaşlığına, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinə görə Akademiyanın diplomunu, vəsiqəsini və döş nişanlarını təqdim edib.

Beynəlxalq aləmdə tanınmış, əslən azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.

Digər tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor İldar Qabitov hazırda ABŞ-da Fotonika və Kvant Materialları Mərkəzinin direktoru, Arizona Universitetində riyaziyyat kafedrasının professoru vəzifəsində çalışır.

Hər iki tanınmış alim Azərbaycan Mühəndislik Akademiyası ilə elmi-texniki sahədə əməkdaşlığı davam etdirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər