03/04/2017
Aşağıdakı məzmunda çox məşhur qurma məsələsi:
“Pərgar və xətkeşin köməyi ilə verilmiş üç çevrəyə toxunan çevrə qurmalı”. Apolloni məsələsi inversiya çevirməsinin köməyi ilə həll olunur.
İsbat olunur ki, əgər verilmiş çevrələrin hər biri o birilərinin xarici oblastında yerləşərsə, Apolloni məsələsinin 8 həlli var. Əgər çevrələrin üçü də bir-birinə eyni bir nöqtədə toxunursa, məsələnin sonsuz sayda həlli var. Əgər çevrələrdən biri digərinin daxili oblastında, biri onun xarici oblastında yerləşərsə, onda Apolloni məsələsinin həlli yoxdur.
Bu məsələ ilk dəfə onu öyrənən qədim yunan alimi Apolloninin adı ilə adlandırılır (Apolloni məsələsini Apolloni çevrəsi ilə qarışıq salmamalı).
Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.