Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Beşinci postulat


Beşinci postulat – Evklidin “Başlanğıclar” əsərində verilmiş həndəsə aksiomlarından sonuncusudur. Aksiomun ifadəsi belədir: “Fərz edək ki, iki düz xətt üçüncü düz xətti elə kəsir ki, bir tərəfdə alınan daxili birtərəfli bucaqların cəmi iki düz bucaqdan kiçikdir. Onda bu iki düz xətt həmin tərəfdə kəsişir”.
Bu aksiomun ifadəsi, nisbətən, mürəkkəbdir . Evklid həndəsəsinin çox teoremlərinin ifadəsi bundan sadədir. (məsələn, bərabəryanlı üçbucaqda oturacağa bitişik bucaqlar bərabərdir). Buna görə Evkliddən sonra alimlər 2000 ildən artıq bir müddətdə beşinci postulatı Evklidin digər aksiomlarına əsaslanıb isbat etməyə çalışmışlar. Alimlər beşinci postulatın əksini qəbul edib, Evklid həndəsəsinin təklifləri ilə ziddiyyət təşkil edən təklif almağa çalışırdılar.
Nəhayət, alman alimi Hauss, rus alimi Lobaçevski, macar alimi Boyayi bir- birindən asılı olmayaraq isbat etdilər ki, bu mümkün deyil. Bu alimlər beşinci postulatı inkar etməklə indi Lobaçevski həndəsəsi adlandırılan yeni, ziddiyyətsiz həndəsə kəşf etdilər.

Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər