Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Vaqif S. Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” adlı konfrans keçiriləcək


AMEA Riyaziyyat və Mexanika İnstitutu10-13 iyul 2017-ci il tarixində Ahi Evran Universitetində (Kırşehir, Türkiyə) AMEA-nın müxbir üzvü, professor Vaqif S. Quliyevin 60 illik yubileyinə həsr olunmuş “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” adlı konfrans keçiriləcək. Konfransda aşağıdakı bölmələr fəaliyyət göstərəcək (lakin məhdud deyil):
•Morri fəzalarında funksiyalar nəzəriyyəsi və tətbiqləri;
•Morri tipli fəzalarda integral operatorlar;
•Morri tipli fəzalarda elliptik, parabolik və hipoelliptik tənliklərin həllərinin requlyarlığı;
•Tərpənməz nöqtə nəzəriyyəsi və onun tətbiqləri.
Bu sahədə fəal işləyən Azərbaycan riyaziyyatçıları, həmçinin bu və buna yaxın sahədə işləyən və ümumiləşmiş Morri tipli fəzalar, onların tətbiqləri ilə bağlı tədqiqatlara qoşulmaq istəyən riyaziyyatçılar dəvətlidirlər.
Təqdim edilmiş məruzələrin xülasəsi Konfrans materiallarında çap ediləcəkdir. Seçilmiş və rəydən keçmiş işlər məqalə şəklində “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri”-nin Riyaziyyat buraxılışının xüsusi sayında dərc ediləcəkdir.

Ətraflı məlumat almaq üçün linkə keçid edin: https://omtsa.ahievran.edu.tr/

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər