AMEA-nın müxbir üzvü, professor Vaqif S.Quliyev fəxri fərmanla mükafatlandırılıb
Azərbaycanda riyaziyyat elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və anadan olmasının 60 illiyi ilə əlaqədar AMEA-nın müxbir üzvü, professor Vaqif S. Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının FƏXRİ FƏRMANI ilə təltif olunub.
Professor Vagif Quliyevin elmi-tədqiqat layihələri bir sıra beynəlxalq qrantlara layiq görülmüş, 250-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Elmi məqalələrinin 150-dən çoxu Thomson Reuters siyahısında olan impakt faktorlu beynəlxalq jurnallarda çap edilmişdir. MathSciNet Mathematical reviews informasiya sistemindən götürülən məlumatlarına görə onun əsərlərinə 550-dən, Scopusda 521-dən, “Google Scholar Citations” informasiya sistemində isə 1887-dən artıq istinad edilmişdir.
Alimin kadr hazırlığı sahəsində də böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 20 fəlsəfə və 2 elmlər doktoru hazırlanmışdır. Hazırda o, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertant və doktorların elmi rəhbəri kimi kadr hazırlığı işlərini davam etdirir. Bu elmi kadrlar arasında Türkiyə vətəndaşları da vardır.
Professor Vagif Quliyev 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-cü ildən RMİ-nin “Riyazi analiz” şöbəsinin müdiri vəzifəsində işləyir. Professor Vagif Quliyev AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elmi İşlər Üzrə Direktor Müavinidir.
Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.
Professor Vagif Quliyev “Transaction” Azerbaijan National Academy of Science, Series of physical-technical and mathematics science, Issue mathematics jurnalının baş redaktorudur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.