13/04/2017
12.04.2017-ci il tarixində “Diferensial tənliklər” şöbəsinin seminarı keçirildi. Seminarda şöbənin doktorantı Nargül Qurbanova “Spektral parametrli ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir sərhəd məsələsinin həll olunması” adlı məruzə ilə çıxış etdi.
İşdə eyni bir spektral parametr tənliyin özündə və sərhəd şərtlərinin birində xətti şəkildə iştirak etdikdə, Hilbert fəzasında ikinci tərtib elliptik diferensial-operator tənlik üçün bir sərhəd məsələsinin həllolunması problemləri araşdırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.