11/05/2017
Ptolomey Klavdi (87-165) – Qədim Yunan alimi, dünyanın Geosentrik sisteminin banisidir. Ptolomey Klavdi haqqında bioqrafik məlumat çox azdır. Məlumdur ki, Ptolomey Klavdi ömrünün çox hissəsini İskəndəriyyədə keçirmiş, burada astronomik müşahidələr aparmışdır.
Əsərləri astronomiyanın, coğrafiyanın və optikanın inkişafına böyük təsir göstərmişdir. Ən mühüm əsəri 13 kitabdan ibarət “Almagest”dir (Böyük Toplu). Birinci kitabda düzxətli və sferik triqonometriya, bir də Ptolomey teoremi şərh edilmişdir. Əsər bu sahədə bizə gəlib çatan ən qədim yunan mənbəi olub N. Kopernikin “Göy Sferasının dolanması haqqında” əsərinədək bütün astronomik biliklərin şərhinə aid əvəzedilməz mənbə idi. Dənizçilikdə və coğrafi koordinatların təyinində Ptolomey Klavdi daha böyük rolu olmuşdur. O, ədədinin təqribi qiymətini hesablamış, sinuslar cədvəlini tərtib etmişdir. Bu, uzun müddət üçbucağa aid məsələlərin həllində yeganə mənbə idi.
Mənbə: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov, “Məktəblinin riyaziyyatdan izahlı lüğəti” kitabı , Bakı 2016.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.