Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


14.06.2017-ci il saat 10:00-da Ümuminstitut seminarında Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri-harmonik analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Telman oğlu Bilalov “L.Zadənin Fuzzy çoxluqlari haqqinda” mövzusunda məruzə edəcəkdir.
Məruzə 1965-ci ildə L.Zade tərəfindən daxil edilmiş Fuzzy çoxluqlarına həsr olunmuşdur. Bu çoxluqlar təyin olunur, klassik yanaşma ilə müqayisə verilir. Fuzzy çoxluqlar üzərində əməllər təyin olunur və onlar klassik əməllərlə müqayisə olunur. Qeyri-səlis Fuzzy dilinin ehtimal dili olmadığı göstərilir. Fuzzy nəzəriyyəsinin inkişafı və tətbiqləri haqqında məlumat verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər