Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ford şirkəti sürücülərə yatmağa imkan verməyən kepka yaratdı


“Antiyuxu” SafeCap kepkası adi beysbolka kimi görünür, amma əslində o, sürücünün yorğunluğuna və yuxulu olduğuna şahidlik edən baş hərəkətlərini müəyyən etməyi bacaran quraşdırılmış sensorlara malikdir.

Ford mühəndislərinin yeni tədqiqatı yollarda təhlükəsizliyi yüksəltmək üçün təklif olunmuşdur və ilk növbədə sükan arxasında uzun saat keçirən, yorula və konsentrasiyanı itirə bilən, uzaq məsafəyə çıxan yük maşını sürücüləri üçün nəzərdə tutulmuşdur.

Quraşdırılmış sensorlar, sürücünün yorğunluğuna və ya yuxusuzluğuna şahidlik edən başının hərəkətlərini müəyyən edə bilir. Bundan sonra, qurğu səslər və işıq siqnalları verirır, həmçinin vibrasiya edir.

Antiyuxu kepkanın yaradılmasına ilk addım sürücünün başının normal getmə zamanı hərəkətləri ilə yuxulu halda olan hərəkətləri arasındakı fərqə həsr edilmiş tədqiqat oldu. Hərəkətlərin analizi nəticəsində alınmış məlumat bazası kepkanın hesablama qurğusuna yüklənmişdi. Hərəkətlərin eyniləşdirilməsi üçün akselerometr və hiroskop tətbiq edilir.

Kepkanı səkkiz ay boyunca sınayırdılar. Yeni texnologiyayla yol hərəkətinin təhlükəsizliyi üzrə ekspertlər və somnoloqlar (yuxu üzrə mütəxəssislər) tanış oldular və qəzaların qarşısının alınmasında yeni tədqiqatın potensialını təsdiq etdilər.

Sınaqlar hələ davam edir və onlar tamamlanan kimi kepka patentlənəcək və sertifikatlaşdırılacaq.

Hazırda şirkətin Cap Safe-nin kommersiya məqsədilə istehsalı və istifadəsi planı yoxdur. Lakin Ford şirkəti gələcək istehsalı və innovativ qurğunun bazara çıxarılmasını daha da asanlaşdırmaq üçün tərəfdaş və müştərilərlə texnologiya ilə bölüşməyə hazır olduğunu artıq bəyan edib.

Mənbə: http://mirfactov.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər