Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

XIX əsrin altmışıncı illərində hansı məqsədlə şəhər məktəbləri yarandı?


– XIX əsrin altmışıncı illərində hansı məqsədlə şəhər məktəbləri yarandı?

-“Bütün təbəqələrdən olanların uşaqlarına ibtidai, əqli və dini-əxlaqi təhsil vermək” üçün bu məktəblər Azərbaycanda fəaliyyət göstərən qəza məktəblərinin bazasında formalaşdırıldı. Şuşa (1874), Şamaxı (1874), Nuxa (Şəki) (1877), Naxçıvan (1879), Yelizavetopol (Gəncə) (1884) və Zakatalada (1886) şəhər məktəbləri yaradıldı.

Şəhər məktəblərinin bir, iki, üç və ya dörd sinifli olması nəzərdə tutulurdu. Təhsil müddəti isə 6 il idi. Bu məktəblər quruluşuna görə Rusiyanın şəhər məktəblərinə bənzəyirdi. Sosial vəziyyətindən və milliyətindən asılı olmayaraq, 7 yaşı tamam olmuş hər bir uşaq şəhər məktəbinə qəbul olunurdu.

– 1895-ci ilin məlumatına görə Azərbaycanda neçə şəhər məktəbi var idi və bu məktəblərdə neçə şagird oxuyurdu?

-1895-ci ilin məlumatına görə Azərbaycanda 7 şəhər məktəbi var idi və bu məktəblərdə cəmi 1227 şagird təhsil alırdı.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər