Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanın təhsil tarixinə aid suallar və cavablar


– Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi haqqında hansı statistik məlumatlar var?

Bu şöbəyə ilk dəfə 32 nəfər qəbul olunub. Bunlardan 24 nəfəri Aleksey Osipoviç Çernyayevski tərəfindən yerlərdən seçilərək seminariyaya dəvət olunmuşdu, qalanları öz arzuları ilə gəlmişdilər. 32 nəfərdən 19-u şöbənin əsas sinfinə, 13 nəfəri isə hazırlıq sinfinə qəbul olundu. Maraqlıdır ki, Azərbaycan şöbəsinə ilk qəbul olunanlardan üç nəfəri birbaşa II əsas sinfə qəbul edilmişdi. Onlar iki il oxuduqdan sonra seminariyanı 1881-ci ildə bitirmişdilər.

Azərbaycan şöbəsi fəaliyyət göstərdiyi 40 il ərzində xeyli xalq müəllimi hazırlamışdı.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər