Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Əli Həsən oğlu Terequlov (1881-1950) kim olub?


O, 1881-ci ildə Tiflisdə doğulmuşdur. Hənəfi Terequlovun kiçik qardaşıdır. Əli Terequlov 1904-cü ildə Qori seminariyasını bitirmişdir. O, seminariya haqqında xatirələrində yazırdı: “5 il seminariyada keçirdiyimiz ağır rejim, ciddi yaşayış və pansion həyatı bizi yoldaşlıq ailəsində birləşdirə bilmişdi”. Tələbələrin bu səmimi yoldaşlığı sonralar qohumluğa çevrilmişdi. Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Pənah Qasımov Terequlov qardaşlarının bacıları ilə evlənmiş və ömürlərinin sonuna kimi mehriban yaşamışlar.

Xalq məktəbləri haqqındakı Əsasnaməyə görə seminariyanı qurtaranlar 5 il müddətində xalq məktəblərində ibtidai sinif müəllimi vəzifəsində işləməli idilər. Əli Terequlov 1918-ci ilə qədər arasıkəsilmədən müxtəlif məktəblərdə müəllim işləmiş, yaşlılar üçün axşam kursları yaratmış, xeyriyyə cəmiyyətlərinin işində fəal iştirak etmişdir. O zaman Qori seminariyasını qurtaranlara yuxarı məktəblərdə işləmək hüququ verilmədiyi üçün Əli Terequlov 1913-cü ildə ümumtəhsil kursları cəmiyyətində bir illik kursa daxil olmuş, oranı müvəffəqiyyətlə bitirib, Qafqaz Tədris Dairəsinin ali ibtidai məktəb müəllimi şəhadətnaməsini almışdır.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər