Bu gün “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda dosent Rza Çingiz oğlu Mustafayev “İterativ Hardi tipli bərabərsizliklər və onların bəzi tətbiqləri” mövzusunda məruzəsinin davamı olub.
Məruzədə iterativ Hardi tipli bərabərsizliklər haqqında danışılıb. Həmçinin bu bərabərsizliklərin monoton azalan funksiyalar konusunda çəkili Hardi tipli bərabərsizliklərin araştırılmasında, ümumiləşmiş Stiltes çevirməsinin çəkili Lebeq fəzalarda məhdudluğunun öyrənilməsində və bixətti Hardi bərabərsizliklərinin xarakterizə edilməsində rolu müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.