Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Hacı Zeynalabdin Tağıyev


Hacı Zeynalabdin Tağıyev (1838-1924) müdrik, vətənsevər, xalq sevər, maarifpərvər şəxsiyyət olmuşdur.

O, 1838-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 15 yaşından bənnalığa başlamış, 1872-ci ildə torpaq sahəsi icarəyə götürərək quyu qazdırmış, sahibkarlıq fəaliyyətinə başlamışdır. 1877-ci ildə 2-ci gildiya tacir rütbəsi almışdır.

1878-ci ildə mədənində baş verən neft fontanı onu Bakının zəngin sahibkarlarından birinə çevirmişdir.

1897-ci ildə Bakıda “Tağıyev H.Z. lifli maddələr emalı üzrə Qafqaz səhmdar cəmiyyəti”ni, 1900-cü ildə istehsala başlamış toxuculuq fabrikini, 1911-ci ildə “Xəzər manufaktura cəmiyyəti”ni, 1916-cı ildə “Tağıyev balıq sənayesi səhmdar cəmiyyəti”ni təşkil etmişdir. Yerli kapitalistlərlə birlikdə 1914-cü ildə Bakı ticarət bankını yaratmış və bank şurasının sədri seçilmişdir. Azərbaycanda məktəblər (həmçinin qızlar məktəbi) açdırmış, milli teatr binası tikdirmiş, qəzet və jurnalların nəşrinə (“Kaspi”, “Həyat”, “Füyuzat” və s.) mədəni – maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına böyük məbləğdə vəsait sərf etmişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər