Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ömər Faiq Nemanzadə (1872-1937) kim olub?


O, Tiflis quberniyasının Asğuri kəndində anadan olmuşdur. Jurnalistik fəaliyyətinə “Şərqi Rus” qəzetində (1903-1905-ci illər) başlamışdır. “Qeyrət” mətbəəsinin və “Molla Nəsrəddin” jurnalının yaradıcılarındandır. “Molla Nəsrəddin”in əsas mühərrirlərindən olmuş, 1906-1910-cu illərdə C.Məmmədquluzadə ilə birlikdə jurnalı idarə etmişdir. Məqalələrində cəhalətə, fanatizmə qarşı çıxmış, çarizmin müstəmləkəçilik siyasətini ifşa etmişdir. Gürcüstan SSR yarandıqdan sonra, Gürcüstan İnqlab Komitəsinin sədri təyin olunmuşdur. 1923-cü ildə Azərbaycana gəlmiş, Azərbaycan SSR Xalq Maarif Komissarlığında işləmişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər