Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Məhəmməd Əmin Rəsulzadə (1884-1955) kimdir?


O, Bakının Novxanı kəndində anadan olmuşdur. İlk təhsilini Sultan Məcid Qənizadənin ikinci rus-Azərbaycan məktəbində almış, sonra Bakı texniki məktəbində oxumuşdur.

1902-ci ildə “Müsəlman Gənclik Təşkilatı” adı ilə tanınan və əsasən gənc müsəlman tələbələrdən ibarət olan inqilabi dərnək yaratmışdı.

1905-1908-ci illərdə “Həyat”, “Füyuzat”, “İrşad”, “Tərəqqi”, “Təkamül”, “Yoldaş” və s. qəzet, jurnallarda işləmişdir. 1908-1910-cu illərdə İranda inqilabi hərəkatın iştirakçısı, Tehranda “İrane-nov” (“Yeni İran”) həftəlik qəzetinin naşiri olmuşdur. Hökumətin tələbi ilə İranı tərk etmiş, 1911-ci ildə İstanbula gəlmiş və burada “Gənc türklər”lə əlaqə yaratmışdır. 1913-cü ildə Bakıya qayıtmış, siyasi fəaliyyətini davam etdirmişdir. “İqbal”, “Açıq söz” qəzetlərinin redaktoru olmuşdur (1914-1915).

1917-ci ildə “Müsavat”ın I qurultayında partiyanın sədri seçilmiş, 1918-1920-ci illərdə Zaqafqaziya seyminin, Azərbaycan milli şurasının və parlamentinin üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra xaricdə yaşamışdır. Xaricdə müxtəlif jurnallar nəşr etdirmiş Azərbaycan Legionunun təşkilatlarından olmuşdur. 1947-ci ildən Ankarada müsavat mühacirəti dəstəsinə başçılıq etmişdi.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər