17/09/2018
Fətəli xan İsgəndər xan oğlu (Xoyski) Şəkidə anadan olmuşdur. Moskva Universitetinin hüquq fakültəsini I dərəcəli diplomla bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, siyasi və dövlət xadimi, Zaqafqaziya Fedarativ Respublika hökumətində maarif naziri, Milli hökumətin I-III kabinetlərində Baş nazir, V kabinetdə Xarici işlər naziri vəzifələrində işləmişdir. Azərbaycanın dövlət quruculuğunda, o cümlədən təhsil sahəsində müstəsna xidmətləri olub. Azərbaycanda təhsil müəssisələrinin milliləşdirilməsi – tədrisin ana dilində aparılması haqqında Milli hökumətin məşhur 28 avqust 1918-ci il, həmçinin bu qərara hüquqi əsas verən “Türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında” 27 iyun 1918-ci il tarixli qərarları o imzalamışdır.
Milli hökumət devrildikdən sonra muzdlu erməni terrorçusu tərəfindən Tiflisdə qətlə yetirilmişdir.
Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.