Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Həsən bəy Ağayev (1875-1920) kim olub?


Ağayev Həsən bəy Məşədi Hüseyn oğlu orta təhsilini Gəncədəki klassik gimnaziyada almışdı. Hacı Zeynalabdin Tağıyevin maddi yardımı ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş və 1901-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdi.

İrana mühacirət edərək, bir müddət orada yaşamışdır. Mühacirətdən qayıtdıqdan sonra Gəncədə rus dilində çıxan “Yujnıy Kavkaz” qəzetinin redaktoru, müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olmuşdur. 1914-cü ilin sonlarında Xudat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yaratmışdır.

Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsinin ardıcıl tərəfdarlarından olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Parlamentin ilk iclasında Parlamentin sədrinin birinci müavini seçilmişdir. Aprel işğalından (1920) sonra Tiflisə mühacirət etmiş, həmin il iyulun 19-da muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilmişdir.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər