Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Eksponent sisteminin çəkili Sobolev-Morrey fəzasında bazisliyi” mövzusunda seminar keçirilib


“Qeyri-harmonik analiz” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının dosenti Valid Salmanov “Eksponent sisteminin çəkili Sobolev-Morrey fəzasında bazisliyi” mövzusunda məruzə edib.

Məruzə çəkili Sobolev-Morrey tipli fəza təyin edilir, bu fəzanın çəkili Lebeq-Morrey fəzası ilə kompleks müstəvinin düz cəminə izomorfluğu göstərilir. Sonra eksponent sisteminin bu fəzada bazisliyi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər