Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İtaliyanın Kataniya Universitetinin professoru Riyaziyyat və Mexanika İnstitutunda məruzə ilə çıxış edib


İtaliyanın Kataniya Universitetinin “Riyaziyyat və İnformatika” kafedrasının professoru Mariya Alessandra Ragusa AMEA Riyaziyyat və Mexanika İnstitutunda qonaq olub.

Alim institutun “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarında “Xüsusi törəməli diferensial tənliklərin doğurduğu funksional fəzalar və inteqral operatorlar” mözvusunda məruzə ilə çıxış edib.

Məruzədə xüsusi törəməli diferensial tənliklərin doğurduğu funksional fəzalar və inteqral operatorlar haqqında danışılıb. Başlanğıc verilən Lebeq fəzasından olduqda kvazi-geostrofik tənliyə baxılıb. Başlanğıc verilən enerji bərabərsizliyini ödəyərsə  Morri-Kampanato fəzasında baxılan tənliyin zəif həlli öyrənilib. Həmçinin klassik Morri fəzası ilə Morri-Kampanato fəzası arasında daxilolma teoremləri isbat olunub. Enerji inteqralı dəyişən dərəcəli Morri-Kampanato fəzalarında da araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər