Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (X hissə)


Hərəkət haqqında. Nəsirəddin Tusi də qədim alimlərin əksəriyyəti kimi istənilən dəyişməni hərəkət adlandırır. Zenon və onun davamçıları hərəkətin varlığını inkar edirdilər. N.Tusi Zenon və onun davamçılarının iddialarını çoxlu məqamlarda cavablandırmışdır.

Hərəkət və sükunət cismin məkan etibarı ilə ayrılıqda (təklikdə) halı, birgəlik və ayrılıq isə cismin digər cisimlərlə qarşılıqlı münasibətindən irəli gələn halıdır. Bir nəzərə əsasən, hərəkət məkanından köçərək, artıq həmin məkandan ayrılmış cisim üçün mümkün (potensial) olan yetişiləcək haldır. Bu baxımdan, ikinci hal cisim üçün ilk kamillıkdır.

İlk məkanı tərk etdikdən sonra cisim ikinci bir məkana yetişmişsə, bu da onun üçün kamillikdir. Cisim ikinci məkanda potensial olaraq var, ancaq hərəkət hər iki kamilliyi qabaqlayandır. Hərəkət digər kamilliklərdən onunla fərqlənir ki, bütün digər kamilliklər əldə edildikdən sonra onlar potensial olmaqdan, faktiki kamilliyə çevrilir. Hərəkətdə isə, kamillik özündən sonra gələn potensial olan kamilliyi ayrılmaz tələb edir. Bəziləri sürətin azalmasını hərəkətin hissəcikləri (cüzləri) arasında mövcud olan sükunət boşluqları ilə izah edirdilər. N. Tusi maddənin (cismin) və hərəkətin elementar bölünməz zərrəciklərdən təşkil edilməsini qəbul etmir. Buna görə də, təbii ki, o, hərəkət haqqında həmin fikirləri də qəti şəkildə inkar edir.
Hərəkət və zaman. Nəsirəddin Tusi özünün zaman haqqında ümumi baxışını [13]-ün ikinci bölməsinin dördüncü fəslinin altıncı məsələsində “nə vaxt?” aksidensiyasında aşağıdakı şəkildə ifadə etmişdir: Hərəkətə öndə gəlmək (sabiq) və sonra gəlmək (mütəəxər) baxımından iki şey xasdır: məsafə və zaman. Zaman da öndə gəlmək və geçikmək baxımından məsafə¬dən ariz olan ikinci miqdardır.

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

[9] Матвиевская Г.П. Насир адДин ат-Туси и его математическое и астрономи­ческое наследие. Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə Həsr edil­miş Beynəl­xalq konfransın Materialları. Bakı 2011, s. 223-228.

[10] Мат-ая Энцик­лопе­дия 1 (А-Г). Изд-во «Советская Энциклопедия», М. 1977.

[11] Tusi N. “Təcrid əl-məntiq” (ərəb dilndən tərcümə və şərhlər Məmmədov E.M.). Bakı, Araz -2012, 260 s.

[12] Əllamə Hilli. Əl-cövhər ən-nəzid fi şərh məntiq ət-təc­rid (Mücər­rəd məntiqin nizam­lanmış (sistematik) cövhəri). Qum – 2007, 480 səh.

[13] Əllamə Hilli. “Kəşf əl-murad fi şərh “Təcrid əl-etiqad”” (العلامة الحلّى. كشف المراد في شرح تجريد الاعتقاد). Qum – 2006, 480 s.

Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər