14/05/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının iclasında Humay Şəmsəddin qızı Rzayevanın “Bəzi diferensial operatorlar üçün qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin lokal və qlobal strukturu” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 9 işdə öz əksini tapıb.
Sonra dissertasiya şurasının iclasında Nailə Məhəmməd qızı Namazovanın “Dördüncü tərtib bir sinif diferensial operatorlar dəstəsinin spektral analizi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 8 işdə öz əksini tapıb.
Hər iki dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.
Daha sonra iclasda Əlizadə Seyfullayev, Aynur Səfərova, Nigar Nağıyevanın dissertasiya işlərinə kuratorların və Tubu Nəzərova, Növrəstə Bayramovanın dissertasiya işlərinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.