Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Əlağa Şıxlinski (1865-1943) kim olub?


O, Qazax qəzasının Şıxlı kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Molla Vəli Vidadinin nəvəsidir. Tiflisdə özəl gimnaziya (1876) və hərbi gimnaziya (1883), Peterburqda artileriya məktəbini (1886) bitirmişdir.

Birinci Dünya müharibəsində Rusiyanın paytaxtı Peterburqun artileriya müdafiəsinə başçılıq etmişdir.

Hərbi sənayesinin inkişafında xidmətinə görə “Müqəddəs Stanislav” ordeninin 1-3 dərəcəsi ilə, “Müqəddəs Anna” ordeninin 1-4 dərəcəsi ilə, “Müqəddəs Vladimir” ordeninin 4-cü dərəcəsi ilə, “Müqəddəs Georgi” ordeninin 4-cü dərəcəsi ilə, Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur.

Azərbaycan Xalq Cumhuriyyəti hakimiyyətində hərbi nazirin müavini, Sovet dövründə Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini, Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri, Birləşmiş hərbi Komanda Heyəti Məktəbinin rəisi vəzifəsində işləmiş, 1929-cu ildə istefaya çıxmışdır.

Mənbə: Misir Mərdanov. Azərbaycanın təhsil tarixi. “Təhsil” nəşriyyatı, 2011-ci il. Bakı, I cild, 295 s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər