Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Yaşıl İstedadlar” müsabiqəsi haqqında


Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi 2018-ci il üçün “Yaşıl İstedadlar” müsabiqəsi elan etmişdir. Müsabiqədə davamlı inkişaf sahəsi üzrə hazırda magistratura/doktorantura pilləsində təhsil alan və yaxud son 3 il ərzində magistr/fəlsəfə elmləri doktoru dərəcəsini almış, həmçinin mükəmməl ingilis dilini biliklərinə sahib olan namizədlər iştirak edə bilər.

Müsabiqədə iştirak üçün sənədlər (online ərizə forması, tövsiyyə və motivasiya məktubları, elmi məqalələrin siyahısı, ingilis dili səviyyəsini təsdiq edən sənəd) 23 may 2018-ci il tarixinədək http://secure.pt-dlr.de/ptoutline/app/greentalents2018 link vasitəsilə təqdim olunmalıdır.

Mükafata layiq görüləcək 25 nəfər 2018-ci ilin oktyabr ayında Almaniyada keçiriləcək 2 həfətəlik Elm Forumuna (http://www.greentalents.de/science-forum-2018.php) dəvət olunacaq və sözügedən tədbirdən 1 il sonra Almaniyada seçdikləri institut, universitet yaxud şirkətdə 3 aylıq elmi-tədqiqat aparmaq (http://www.greentalents.de/about_research-stay.php) imkanı əldə edəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər