Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I Bakı Beynəlxalq Elmi Konfransı keçiriləcək


Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə 29-31 oktyabr 2018-ci il tarixlərində “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I Bakı Beynəlxalq Elmi Konfransı keçiriləcəkdir.

Konfransın mühüm təqvimləri:

Tezislərin göndərilməsi üçün son tarix:
15 İyun 2018-ci il
Qəbul edilən tezislər haqqında məlumatın verilməsi:
01 İyul 2018-ci il
Məqalələrin göndərilməsi üçün son tarix:
01 Avqust 2018-ci il
Konfransın plenar iclası:
29 Oktyabr 2018-cil il
Konfransın bağlanış mərasimi:
31 Oktyabr 2018-ci il

Tezis və məqalələrin tərtibi qaydaları:

Həcm: Tezis üçün 1-2 səhifə, Məqalə üçün 8-10 səhifə
Format: A4, ölçü 12
Şrift: Times New Roman, aşağı və yuxarıdan 2,0 sm., sağdan 1,5 sm, soldan 3 sm, 1 interval, abzas 1,25.

Tezis və məqalələrin strukturu:

1. Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə
2. Tezis və məqalənin adı böyük hərflərlə, qalın şriftlə
3. Təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi (əgər varsa)

Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz:
Ünvan: AZ 1143, H.Cavid pr., 115, 2-ci mərtəbə
Əlaqə nömrəsi: +994 (012) 539 51 34, (050) 268 22 44

Konfransın işçi dilləri Azərbaycan, rus və ingilis dilləridir. Tezislər [email protected] ünvanına göndərilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər