Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycan Cümhuriyyətinin ali təhsilli dövlət adamlarının sənədli tərcümeyi-halı ilk dəfə toplu halında çap olunub


Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” ensiklopedik soraq kitabının 1-ci cildi işıq üzü görüb. “Təhsil” nəşriyyatında çap olunan kitab 480 səhifədən ibarətdir.

Kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Yaqub Mahmudovdur.

Nəşrdə 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin ali təhsilli bütün müsəlman dövlət adamlarının sənədli tərcümeyi-halı toplu halında ictimaiyyətə təqdim edilir.

Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsilimiz olub. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir və müəlliflərin Bakıdan başqa Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis… kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli gərgin araşdırmalar apardıqdan sonra oradan gətirdikləri zəngin bəlgələr, sənədlər əsasında qələmə alınıb.

Birinci cilddə soyadları “A” hərfi ilə başlanan 77 soydaşımız haqqında məlumat verilir.

Əsər bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər