04/06/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D 01.111 dissertasiya şurasının növbəti iclası keçirilib.
İclasda f-r.e.n., dosent Telman Benser oğlu Qasımovun “Kəsilən diferensial operatorların spektral xassələrinin tədqiqi” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsi keçirilib. Dissertasiyada alınmış nəticələr 46 işdə öz əksini tapıb.
Dissertasiya işi Dissertasiya Şurasının müsbət rəyini alıb.
Daha sonra iclasda Vüqar Rəcəbov, Mehriban Kərimovanın dissertasiya işlərinə kuratorların və r.ü.f.d., dosent Toğrul Muradov, Aynur Məmmədovanın dissertasiya işlərinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələlərinə baxılıb və təsdiq edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.