12/06/2018
25 iyun 2018-ci il tarixindən etibarən Mərdəkanda yerləşən AMEA-nın “Elm” uşaq düşərgəsi (I növbə – 14 gün) fəaliyyətə başlayacaq.
Hər bir uşağın istirahət haqqı 200 manatdır (70 manat valideyn tərəfindən, 130 manat isə institut həmkarlar komitəsinin fondundan ödənilmək şərti ilə).
Tələb olunan sənədlər:
– Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi;
– Sağlamlıq haqqında arayış.
Düşərgədə yaş həddi 6-13 arasıdır.