20/06/2018
Məşhur Çin riyaziyyatçısı, Pekin Beynəlxalq Riyazi Tədqiqatlar Mərkəzinin direktoru, professor Tian Gang öz nümayəndə heyəti ilə birgə AMEA Riyaziyyat və Mexanika İnstitutunda olub.
Görüşdə institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov institutun tarixi, hal-hazırki fəaliyyət istiqamətləri, çap olunan dörd elmi jurnal haqqında geniş məlumat verib.
Professor Tiang Gang çıxış edərək səfərin məqsədinin RMİ-nin fəaliyyəti ilə tanışlıq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək olduğunu deyib.
Misir Mərdanov öz növbəsində çinli alimlərlə əməkdaşlığın mümkün olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.