Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Müdriklərin sultanı – Nəsirəddin Tusi (XIII hissə)


Nəsirəddin Tusi elmi irsinin öyrənilməsinin aktuallığı barəsində. Klassiklərimizin, o cümlədən, N.Tusinin elmi irsinin öyrənilməsi və tədqiqi ilə bağlı bir neçə məqama toxunmaq istərdik:
– bundan əvvəlki bənddən də göründüyü kimi, bu irsin öyrənilməsi və tədqiqi kompleks şəkildə aparılmalıdır, yəni fəlsəfi- məntiqi-elmi baxışlar tam şəkildə cəlb olunmalıdır;
– N.Tusi haqqında söylənən ziddiyətli fikirlərin çox vaxt nə qədər ədalətsiz olduğunu anlamaq üçün, onun irsinə bilavasitə müraciət etməklə oxucunun şəxsi qənaətə gəlməsinə imkan yaratmaq. Çox vaxt bunun səbəbinin məzhəbi təəssüb ilə bağlı olduğunu söyləmək olar. Belə ki, bəziləri şiəliyi Səfəvilərin siyasi sifarişi, başqalaraı isə Şah Abbasın adı ilə bağ¬lamağa çalışırlar. Söylədiyimiz kimi, N.Tusinin fəlsəfi-teoloji “Təcrid əl-etiqad” əsəri şiə məzhəbinin fundamental əsaslarındandır ki, tarix etibarı ilə Səfəvilər hakimiyyətini təxminən üç əsr qabaqlayır. Fikrimizcə, təkcə şiə məzhəbinin deyil, digər məzhəblərin də ilkin əsasla-rını əks etdirən əsərlər, dilimizə tərcümə edilməli, elmi araşdırmalar aparılmalı, bununla da yanlış fikirlər aradan götürülməli, qarşılıqlı hörmət, dözümlü münasibət yaradılmalı, hansısa qüvvələrin daxildə dözümsüzlük toxumu səpməsinin qarşısı alınmalıdır. 2016-cı ilin Respublikamızda multikulturalizm ili elan edilməsi uyğun elmi fəaliyyətin nə qədər zəruri olduğunu bir daha təsdiqləyir. Şübhə ola bilməz ki, bəşər var olduqca istənilən məsələ barəsində, o cümlədən, islamda fikir ayrılığı mövcud olacaq;
– etiraf etmək lazımdır ki, Avropa elmi-fəlsəfi düşüncəsi ilə daha çox tanışıq. Şərq-islam fəlsəfəsi haqqında biliklərimiz isə daha çox fəlsəfə tarixi sahəsində yazılan və kifayət qədər qərbdən gələn fikirlərin təsiri altında olan kitablardakı müddəalar və faktlardan ibarətdir. Bu mənada klassik mütəfəkkirlərimizin ərəb, fars və digər dillərdə olan əsərlərinin dilimizə tərcüməsi mühüm vəzifələrdəndir. Subyektiv olaraq söyləmək lazımdır ki, onları ruhən və qəlbən biz daha düzgün başa düşə bilərik;
– ümumdünya elmi-fəlsəfi düşüncəsinin inkişaf tarixi bu əsərlərsiz kamil hesab edilə bilməz. Nümunə olaraq, rus dilində çap edilmiş Hegelin əsərlərinin I cildinə girişdə Y.Sitkovskinin yazdığı aşağıdakı qeydlə rastlaşırıq: «Разработка логических категорий еще до Гегеля была предпринята Кантом, который гордился тем, что он первый после Аристотеля исследовал категории» ([18], səh.25). Şərq alimlə-rinin istər məntiq, istərsə də fəlsəfə sahəsindəki bütün əsərlərində, kateqoriyalar məsələsi daim araşdırmaların mərkəzində olmuşdur, o cümlədən, N.Tusinin “Təcrid əl-məntiq” və “Təcrid əl-etiqad” əsərlərində də bu məsələlərə böyük diqqət ayrılır.

Davamı var…

[1] Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri (fars dilindən tərcümə). Bakı, Nurlan, 2002, 212 s.

[2] Мамедбейли Г.Д. Основатель Марагинской обсерватории Мухаммед Наси­реддин Туси. Изд. АН Азербайджанской ССР. Баку – 1961 г., 316 с.

[3] Матвиевская Г. П., Розенфельд Б.А. Математики и астрономы мусуль­ман­ско­го средневековья и их труды (8-17 вв.). Наука -1983, 651 с.

[4]Xəlilov A., Musayeva A. “Xacə Nəsirəddin Tusi. Bibli­o­qrafiya”. Bakı, XXI –Yeni Nəşrlər Evi – 2004, 168 səh.

[5] Стройк Д.Я. Краткий курс истории математики. Наука – 1969 г., 328 с.

[6] Xacə Nəsirəddin Tusi. Təcrid əl-etiqad. Kəlam hissəsi. (Tərcümə və şərh: Məmmədov E.M.), “Araz” nəşriyyatı, Bakı 2015, 206 s.

[7] Атаи А.А., Зейналов Р.А. Г.Дж. Мамедбейли – первый исследователь наследия Насиреддина Туси в Азербайджане. Материалы Международной конференции, посвященной 810-летию Мухаммеда Насиреддина Туси. Баку -2011, с. 38-49.

[8] Mühəmməd Təqi Müdərris Rəzəvi. əl-Əllamətü əl-Xacə Nəsir əd-Din ət-Tusi. Həyatühü və asarüh.( محمد تقى مدرس رضوي .العلامة الخواج نصير الدين الطوسى. حياته و آثاره.). Tehran, 1994, 449 s. 

[9] Матвиевская Г.П. Насир адДин ат-Туси и его математическое и астрономи­ческое наследие. Məhəmməd Nəsirəddin Tusinin 810 illiyinə Həsr edil­miş Beynəl­xalq konfransın Materialları. Bakı 2011, s. 223-228.

[10] Мат-ая Энцик­лопе­дия 1 (А-Г). Изд-во «Советская Энциклопедия», М. 1977.

[11] Tusi N. “Təcrid əl-məntiq” (ərəb dilndən tərcümə və şərhlər Məmmədov E.M.). Bakı, Araz -2012, 260 s.

[12] Əllamə Hilli. Əl-cövhər ən-nəzid fi şərh məntiq ət-təc­rid (Mücər­rəd məntiqin nizam­lanmış (sistematik) cövhəri). Qum – 2007, 480 səh.

[13] Əllamə Hilli. “Kəşf əl-murad fi şərh “Təcrid əl-etiqad”” (العلامة الحلّى. كشف المراد في شرح تجريد الاعتقاد). Qum – 2006, 480 s.

[14] Mürtəza Mütəhhəri. İslam elmləri ilə tanışlıq (farscadan tərcümə). Bakı, Mirasnəşr, 2011, 400s.

[15] Туси Н. Трактат, исцеляющий сомнение по поводу параллельных линий (Пере­вод с арабского Б. А. Розенфельда), ИМИ-1960, вып. VIII, с. 483-532.

[16] N.Tusi. Təhrir üsul Uqlidis fi ilm əl-həndəsə. (Tehran nüsxəsi 1881, 210 s.).

[17] Tusi N. Tozlu lövhənin köməyi ilə hesab toplusu (ərəb dilindən tərcümə Əmi­r­əh­mədov Ə.Ə., Məmmədov E.M.) Bakı-2008, 168 s.

[18] Гегель. Энциклопедия философских наук. Том 1. Наука логики. Москва, Мысль – 1974 г., 454 с.

[19] Ибн ал-Араби. Мекканские откровения (ал-Футухат ал-маккийя). Введение, перевод с арабского и библиография А.Д. Кныш. Санкт Петербург, 288 с.

 Mənbə: Misir Mərdanov, Eminağa Məmmədov “Nəsirəddin Tusinin həyatı, elmi fəaliyyəti və irsinin öyrənilməsinin bəzi aktual məsələləri” , “AMEA-nın Xəbərlər Məcmuəsi”  jurnalı, 2016, cild 3, No 3, səh. 12-29. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər