11/11/2018
[24.11(07.12).1891–1960, Bakı]
Atası: İsgəndər bəy Haqverdi bəy oğlu (1855-1905). Varlı mülkədar olub. Gəncədə vəfat edib və Səbzikar məzarlığında dəfn olunub.
Anası: Sultanbəyim xanım Əbülfət xan qızı Ziyadxanova (1864-1938).
Rusiya ali məktəblərində oxumuş Rəşid bəy və İmamverdi bəy Adıgözəlovların qardaşı, Əsgər bəy Adıgözəlov Goraninin qardaşı oğludur. Onun bacısı Mənicə xanım (1884-1969) Azərbaycanın ilk qadın metallurqlarındandır.
Bəxşəli bəy orta təhsilini Tiflis gimnaziyasında bitirib. Peterburq Universitetinin hüquq fakültəsinə qəbul edilib (1912) və həmin fakültəni başa vurub.
Azərbaycan Cumhuriyyəti Ədliyyə Nəzarətinin (Nazirliyinin) 6 yanvar 1920-ci il tarixli 1 saylı əmri ilə Gəncə Dairə Məhkəməsində məhkəmə vəzifələrinə böyük namizəd Baxşəli bəy Adıgözəlov Gəncə şəhər istintaq sahəsi üzrə Gəncə sülh hakiminin köməkçisi təyin edilib.
Sovet hakimiyyəti illərində Azərbaycanın müxtəlif rayonlarında müstəntiq vəzifəsində işləyib.
Lidiya İosifovna Todorskaya ilə ailə qurub.
Mənbə: M.Mərdanov, Ə.Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı), Bakı, 2018, 479 s.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.