Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

E L A N


29.06.2018-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda BDU-nun “Diferensial və inteqral tənliklər” kafedrasının dosenti Musayev Hümbət Kazım oğlu “Çəkili Lp fəzalarında bürümə diferensial operator tənliklər üçün requlyarlıq xassələri” mövzusunda məruzə edəcəkdir.

Məruzədə müəyyən sinif bürümə diferensial operator tənliklərə baxılır, həll prosesində yaranan operator funksiyaların multiplikatorluğu göstərilir və çəkili Lp fəzalarında baxılan bürümə diferensial operator tənliyin həlli üçün requlyar qiymətləndirmə alınır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər