11/07/2018
Oktyabr ayında AMEA-da II Spartakiadanın keçirilməsi nəzərdə tutulur. Yarışlar idmanın 4 növü üzrə – futbol, stolüstü tennis, şahmat və dama (qadın və kişilər arasıında) keçiriləcək. Həmin yarışlarda iştirak edəcək komandalarınızın üzvləri haqqında 21 sentyabr 2018-ci ilə qədər aşağıda qeyd etdiyimiz məlumatları təqdim etməyiniz xahiş olunur.
Bu siyahı müvafiq institutuların rəhbər vəzifəli şəxsləri və Həmkarlar İttifaqı Komitəsinin sədrləri tərəfindən təsdiq edilməlidir. Yarışda iştirak edəcək hər bir əməkdaş 3×4 sm ölçüdə 2 foto şəkil, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, işlədiyi təşkilata aid olan vəsiqənin surəti müvafiq sənədlərlə birlikdə təqdim olunmalıdır. Şahmat, dama və stolüstü tennis yarışları üzrə (qadın və kişi) hər bir İnstitut 2 namizəd təqdim edə bilər. Şahmat, dama və stolüstü tennis yarışlarında iştirak edəcək komanda üzvlərinə idman köynəkləri sifariş ediləcək. Ölçülər haqqında məlumat verməyiniz zəruridir. Sənədlər AMEA Riyaziyyat və Mexanika İnsitutunun Həmkarlar Komitəsinə (514-cü otaq) təqdim olunmalıdır.
II SPARTAKİADANIN RƏSMİ FACEBOOK SƏHİFƏSİ :
AMEA Azad Həmkarlar İttifaqı II Spartakiada
https://www.facebook.com/groups/908861465899085/?ref=bookmarks
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.