Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Maye və qaz mexanikası” şöbəsinin yarımillik hesabatı


Hesabat dövründə “Maye və qaz mexanikası” şöbəsində plana uyğun olaraq tədqiqat işləri aparılmışdır.

Mövzu: HETEROGEN MAYE AXINLARINDA SƏRHƏD QATLARIN QEYRİ-STASİONAR PROSESLƏRƏ TƏSİRLƏRİNİN TƏDQİQİ.
İş 1. Heterogen sistemlərin borularla axınlarında döyüntülü rejimlərin tədqiqi.
Boru kəmərlərində axın xüsussiyyətlərinin dəyişilməsinə əsas səbəb, flüidlərin qarışıqlar şəklində hərəkət etməsidir. Hərəkət edən sistemlərdə müxtəlifliyin olması, bu sistemlərin, axınında sürətlərdə müxtəlifliyə gətirir. Belə müxtəlif sürətlər axında döyüntülü rejimlər yaradır. Hesabat zamanı birölçülü axın sxemi çərçivəsində heterogen sistemlərin döyüntülü rejimlərinə baxılmışdır.
İş 2. Axın rejimlərindən sərhəd qatlarda elektrokinetik və uyğun qeyri stasionar proseslərin modelləşdirməsi.
Hesabat zamanı borularda reoloji mürəkkəb sistemlərin axınından yaranan elektrokinetik potensialın qeyri stasionar rejimlərin tənzimləməsi prosesləri tədqiq olunmuşdur. Dispers sistemlərdə axında elektrokinetik potensialın əmələ gəlməsi borularda qaz qarışıqlı heterogen sistemlərin hərəkətində hidrodinamik parametrlərin tənzimlənməsi şərtlərinə baxılır.
İş 3. Qazlı mayelərdə qazyaranmanın dalğa parametrlərə təsirlərin tədqiqi:
İşdə qaz-maye qarışıqlarının nəqli zamanı yaranan dalğaların yayılması və qaz qabarcıqlarının hidrozərbə prosesinə təsirinə baxılmışdır. Mayenin hərəkət və kəsilməzlik tənliklərinin riyazi ifadələrini nəzərə alınmaqla dalğanın amplitudasını xaraketrizə edən tənlik tapılmışdır. Termobarik şəraitdə tənlikdə qabarcığın radiusa müxtəlif qiymətlər verilməklə, dalğanın yayılma sahəsi təyin edilmiş və dalğa amplitudasının qabarcığın radiusundan asılı olaraq dəyişilməsi üçün uyğun qiymətlər müəyyənləşdirilmişdir.
Hesabat zamanı şöbə əməkdaşları SOCAR-ın Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək məqsədli elan edən müsabiqədə iştirak edərək “Qeyri bircins laylarda qalıq neftlərin sıxışdırma prosesini optimallaşdırmaq üçün yeni hidrodinamik üsulun işlənməsi” mövzusunda olan Layihə qalib gəlmişdir.

Daha ətraflı>>

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər