18/07/2018
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsində hesabat dövründə «Çoxdəyişənli funksiyaların ridge funksiyalar, neyron şəbəkələr, xətti və qeyri-xətti superpozisiyalarla yaxınlaşması, funksional fəzalar üçün daxilolma teoremləri» mövzuları üzrə 7 icraçını birləşdirən 4 iş aparılıb.
İş 1: Xətti superpozisiyalarla yaxınlaşma məsələsində ekstremal elementin xarakterizasiyası
(icraçılar: r.e.d. şöbə müdiri V.E.Ismayılov, k.e.i. A.X.Əsgərova)
İş 2: Morri tipli fəzalardan olan funksiyaların diferensial xassələrinin
tədqiqi (icraçılar f.-r.e.d., prof., a.e.i. A.M.Nəcəfov, r.ü.f.d., k.e.i. A.T.Orucova)
İş 3: Diskret Hilbert çevirməsinin və Berlinq çevirməsinin xassələri
(icraçı: f.r.e.n., a.e.i. R.Ə.Əliyev)
İş 4: Radial funksiyalarla yaxınlaşma məsələsində yaxınlaşma xətasının hesablanması (icraçılar: : f.-r.e.n., b.e.i. İ. K. Məhərov və f.-r.e.n., b.e.i. A. M-B. Babayev)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.