Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Olimpiadaların qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar


Beynəlxalq olimpiadaların və respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov avqustun 12-də jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, “Təhsil haqqında” qanuna edilən son dəyişikliklərə əsasən, beynəlxalq olimpiada və respublika fənn olimpiadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar. C.Bayramov deyib: “Hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla birlikdə qəbulla bağlı qaydaların hazırlanması üçün iş aparır. Nazirlər Kabineti qaydaları təsdiqlədikdən sonra növbəti qəbul kampaniyasında bu qaydalardan istifadə ediləcək”.

Faydalı linklər