Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda magistrlarla görüş keçirilib


Sentyabrın 20-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun I və II kurs magistrlar ilə görüş keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq 2018-2019-cu tədris illəri üzrə magistratura pilləsinə qəbul olmuş dörd magistrı təbrik edib. Onlara institutun magistr təhsili ilə bağlı məlumat verib.

O bildirib ki, məqsədimiz magistrların artıq təhsil aldıqları müddətdə elmi-tədqiqat institutunda dəyərli elmi nəticələr əldə etməsinə köməklik göstərmək və innovativ təfəkkürlü gənc alimlər hazırlamaqdır. Əgər tələbə təhsilini elmi mühitdə davam etdirirsə, bu, onun gələcək fəaliyyətinin səmərəliliyində böyük rol oynayacaq.

Alim elmə böyük marağı olan tələbələri elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini davam etdirməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər