15/01/2024
Microsoft şirkəti Sakit Okean Şimal-Qərb Milli Laboratoriyası ilə birləşərək süni zəka vasitəsilə yeni nəsil batareya üçün nəzərdə tutulmuş perspektivli material yaradıb. Bu irimiqyaslı işin yerinə yetirilməsinə 3 gün vaxt sərf edilib. Mütəxəssislər neyron şəbəkəsinə batareya üçün nəzərdə tutulmuş materialların yaradılması tapşırığını veriblər. Lakin yaradılacaq materialların tərkiblərində litium az miqdarda olmalı idi. İlk növbədə neyron şəbəkəsi bu istiqamətdə 32 milyon ədəd müxtəlif material variantını təqdim edib. Daha sonra sistem həmin variantlardan istifadə daha stabil olanları seçməli idi.
Nəticədə neyron şəbəkəsi istifadədə stabil ola biləcək yarım milyon variantı seçdi. Növbəti mərhələdə mütəxəssislər neyron şəbəkəsi üçün tapşırığı daha da konkretləşdirdilər. Belə ki, mütəxəssislər ondan hansı variantın enerji keçiriciliyinə sahib olduğunu təyin etməyi və təklif edilmiş hər bir material daxilində atom ilə molekulların necə hərəkət etdiklərini modelləşdirməyi tələb etdilər. Nəticədə bütün hesablama proseslərindən sonra ortada 23 ədəd material qaldı. Bununla belə onlardan 5-i daha öncə mütəxəssislərə məlum idi. Yəni süni zəka faktiki olaraq müxtəlif texnologiyalarda istifadə edilə biləcək 18 yeni material kəşf edib.
technote.az