Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Elmi şuranın iclası keçirilib


Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib. İclasda institutun “Funksiyalar nəzəriyyəsi”, “Dalğa dinamikası”, “Diferensial tənliklər” və “Maye və qaz mexanikası” şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib.

Sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun doktoranturasına qəbul üçün riyaziyyat üzrə proqramın təsdiqi məsələsinə baxılıb və təsdiq edilib. İnstitutda keçiriləcək doktorluq imtahanlarını qəbul etmək üçün ixtisaslar üzrə komissiyanın tərkibi müəyyən edilib və təsdiq olunub.

İclasda həmçinin “Elmi –Texniki İnformasiya” şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor Ramiz Aslanovun Rusiyanın Moskva şəhərində Moskva Şəhər Pedaqoji Universiteti və Rusiya Xalqlar Dostluğu Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Davamlı təhsilin informatizasiyası – 2018” (ICE2018) adlı beynəlxalq elmi konfransda iştirakı ilə bağlı hesabatı dinlənilib.

Sonda gündəlikdə duran cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər