Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Dissertasiya şurasının növbəti iclası keçirildi


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 3 may 2024-cü il tarixli iclasında saat 14:00-da Leyla Vidadi qızı Nəsirovanın “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin birtərəfli qlobal bifurkasiyası” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat elm sahəsi üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirildi.

Rəsmi opponentlər: professor Hidayət Hüseynov, professor Elnur Xəlilov və r.ü.f.d. Elçin İbadov öz müsbət rəylərini səsləndirdilər.

Dissertasiya Şurasının üzvlərindən professorlar: Həmidulla Aslan, Nizaməddin İsgəndərov, Hamlet  Quliyev və r.e.d. dosent Bəndəliyev Rövşən çıxış edərək iş haqqında öz müsbət fikirlərini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər